525.Az

Beş ölkə “Eurovision”da iştirakdan imtina etdi


 

Beş ölkə “Eurovision”da iştirakdan imtina etdi<b style="color:red"></b>

Beş ölkə Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində iştirakdan imtina etdi. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2014-cü ilin mayında keçiriləcək müsabiqədə Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorra iştirak etməyəcək. Bu ölkələr iqtisadi çətinliklrə görə iştirakdan imtina ediblər.

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları müsabiqə üçün yeni şərtlər açıqlayıblar. Qurum münsiflərə səslərin 50 faizini vermək imkanı yaratmaqla şəffaflığa nail olmaq niyyətindədir.

Yeni qaydalara istinadən münsiflərin kimlər olacağı may ayının 1-də açıqlanacaq. Hər bir müsabiqə iştirakçısı olan ölkənin özünün münsiflər heyəti var. Tamaşaçıların səsinə münsiflərin səsi də əlavə olunacaq və beləliklə qalib müəyyən olunacaq.

 





23.09.2013    çap et  çap et