525.Az

Atəşkəs yenə pozulub


 

Atəşkəs yenə pozulub<b style="color:red"></b> Cəbhə xəttində atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
 





24.09.2013    çap et  çap et