525.Az

Azərbaycan radiostansiyaları yayımlarını bütün ölkə üzrə təşkil edə biləcəklər


 

Azərbaycan radiostansiyaları yayımlarını bütün ölkə üzrə təşkil edə biləcəklər<b style="color:red"></b>

"Teleradio" İstehsalat Birliyi Azərbaycan üzrə FM yayımın əhatəsini genişləndirəcək. Bunu ONA-ya İB-dən deyiblər.

"Teleradio"dan bildirilib ki, bu sahədə aparılacaq işlər çərçivəsində həm "İctimai" və "Respublika" radiostansiyalarının əhatəsi genişləndiriləcək, həm də özəl radiolara da ölkə üzrə yayım təşkil etmək üçün texniki infrastruktur təklif olunacaq.

"Hazırda özəl radiolarda belə bir imkan mövcud deyil. Lakin, gələcəkdə onların da bütün respublika üzrə yayımını təşkil edilməsi qarşıda duran məqsədlərdəndir", - deyə İstehsalat Birliyindən bildirib.

 





19.04.2019    çap et  çap et