525.Az

İTV-dən ödənişli təşviqatla bağlı açıqlama


 

İTV-dən ödənişli təşviqatla bağlı açıqlama<b style="color:red"></b>

İTV ödənişli təşviqat vaxtı ilə bağlı məlumat yayıb.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlərin ödənişli əsaslarla təşviqatı üçün İctimai Televiziya və İctimai Radioda ayrılmış efir vaxtı və şərtlər ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddətdə İctimai Televiziya və Radio Yayımları Şirkəti MSK-ya məktub göndərmiş və ictimaiyyətə məlumat verib.

Seçki Məcələsinin 81.4-cü maddəsinə görə seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda saxlanan əlavə efir vaxtı ilə əlaqədar Məcəllənin 80.4-cü maddəsində göstərildiyi kimi ödənişli təşviqatdan istifadə hüququ olan subyektlər Şirkətə seçkiqabağı təşviqatın başlanmasından sonra bir həftə müddətində müraciət etməli və püşkatma keçirilməli idi. Sentyabr 23-də həmin müddət bitsə də, heç bir təşviqat subyekti tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəsmi müraciət daxil olmayıb. Şirkət ödənişli təşviqat üçün ehtiyatda saxlanmış vaxtla bağlı hüququ olan subyektlərin müraciət etməməsini nəzərə alaraq həmin vaxtın yeni tərəfdaşlara satılması barədə müqavilə öhdəliyi götürüb.

 





24.09.2013    çap et  çap et