525.Az

Suriyada yaraqlıların gizlətdiyi tank tapıldı


 

Suriyada yaraqlıların gizlətdiyi tank tapıldı <b style="color:red"></b>

Suriyanın Duma şəhərində Rusiyanın hərbi polisi gizlədilmiş tank və sursat anbarı aşkar edib.

ONA RİA Novosti-yə istinadən xəbər verir ki, gizli yerin aşkarlanmasına terrorçuların xəritəsi kömək edib.

Rusiya hərbi polisinin açıqlamasına görə, tapılan T-62 tankı işlək artilleriya sisteminə və silahlanmaya malikdir.
Tank təmir  üçün Suriya zavodlarının birinə daşınacaq.

Qeyd edək ki, yaraqlılar Duma şəhərindən bir il əvvəl çıxarılsa da, onlardan sonra ərazidə çoxlu sayda yeraltı tunel qalıb. 

 





22.04.2019    çap et  çap et