525.Az

Terim "Qalatasaray"la yollarını ayıra bilər


 

Terim "Qalatasaray"la yollarını ayıra bilər<b style="color:red"></b>

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubun ona təklif etdiyi iki illik müqaviləni rədd edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Cim Bom"un prezidenti Ünal Aysal jurnalistlərə açıqlamasında deyib:

"O, "Antalyaspor"la matçdan sonra müqaviləni yeniləməyi qəbul etmədi. Mənə "bir illik uzadırdıq, indi iki il deyirsiniz" dedi. Terimin qərarına hörmət edirik".

Aysal bildirib ki, qarşdakı 24-48 saat ərzində baş məşqçi ilə bağlı son qərar veriləcək: "Qərarsızlıq çox pisdir. Rəhbərliklə danışıb, qarşıdakı 24-48 ərzində qərarımızı verəcəyik. Hazırda heç bir baş məşqçi ilə danışıqlara başlamamışıq. Lazım olsa, ən yaxşı yerli və ya əcnəbini komandaya gətirə bilərik".

 





24.09.2013    çap et  çap et