525.Az

Ukrayna MSK: Zelenski prezident seçkilərində qalib gəlib - Yenilənib


 

Ukrayna MSK: Zelenski prezident seçkilərində qalib gəlib - <b style="color:red">Yenilənib </b>

Ukraynada keçirilən prezident seçkilərində protokolların 90,25%-i sayılıb.

ONA-nın məlumatına görə, nəticələrə əsasən, Vladimir Zelenski 73,18% səs toplayıb.

Onun rəqibi, hazırkı prezident Pyotr Poroşenko isə seçicilərin 24.49%-nin səsini ala bilib. 
Ukrayna Mərkəzi Seçki Komissiyası yekun nəticələrin aprelin 30-da elan edilə biləcəyini açıqlayıb.

*** 05:45

Ukraynada keçirilmiş prezidenti seçkilərində Vladimir Zelenski 73,03% səslə liderlik edir, Pyotr Poroşenko 24,64% səs toplayıb.

ONA-nın məlumatına görə, bunu Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) seçki protokollarının 65%-nin yoxlanılmasından sonra açıqlayıb.

MSK-nın qərarına görə, seçki bülletenlərinin 2,32% etibarsız sayılıb .
 

*** 02:35

Ukrayna prezidenti seçkilərində Vladimir Zelenski 73,23% səslə liderlik edir, Pyotr Poroşenko 24,87% səs toplayıb.

ONA-nın məlumatına görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının 25%-nin yoxlanılması nəticəsində bildirib.

MSK-nın məlumatına görə, seçkilərdə əhalinin 62,07% iştirak edib.

 





22.04.2019    çap et  çap et