525.Az

“Google” dünya konstitusiyalarının elektron arxivini istifadəyə verib


 

“Google” dünya konstitusiyalarının elektron arxivini istifadəyə verib<b style="color:red"></b> “Google” şirkəti dünyanın müxtəlif ölkələrinin konstitusiyalarının bir yerdə toplandığı elektron arxiv açıb. Şirkətin məlumatına görə, bu təşəbbüs dövlətlərə öz konstitusiyalarının mətnlərini tərtib etmək üçün kömək məqsədi daşıyır.
 
Arxivi dövlətlərin əsas qanunlarında yer alan ayrı-ayrı müddəaları taparaq müqayisə edəcək axtarış alətlərinin köməyi ilə öyrənmək mümkündür. Belə arxiv bu yaxınlarda siyasi böhran yaşamış və ya hərbi münaqişə ilə üzləşmiş ölkələr üçün xüsusilə əhəmiyyət kəsb edir. Belə ki, Nyu-Yorkda arxivin rəsmi açılışında iştirak edən Tunis Prezidenti Monsef Mərzuki bildirib ki, Tunisdəki siyasi qüvvələr yeni konstitusiyanın layihəsi ilə bağlı razılığa gələ bilmədiyinə görə bu cür resurs onun ölkəsi üçün çox faydalı olacaq.

1news
 





24.09.2013    çap et  çap et