525.Az

UEFA Azərbaycanın e-viza sisteminə düzəliş qərarını alqışladı


 

UEFA Azərbaycanın e-viza sisteminə düzəliş qərarını alqışladı<b style="color:red"></b>

UEFA Azərbaycanın futbol azarkeşləri üçün elektron vizanın rəsmiləşdirilməsi zamanı HIV/hepatit təsdiqi tələbinin ləğv edilməsi ilə bağlı e-viza sisteminə düzəliş etmək qərarı alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumat futbol qurumunun "Twitter" səhifəsinə yerləşdirilib.

"Biz Azərbaycan Respublikasının cari e-viza sisteminə HIV/hepatit təsdiqi tələbinin ləğv edilməsi ilə bağlı düzəliş etmək qərarı alqışlayırıq.

Bu addım UEFA-nın mayın 29-da Avropa Liqası finalı üçün Bakıya gedəcək azarkeşlərin adından etdiyi xahişi ilə atılıb", - deyə məlumatda bildirilir.

 





24.04.2019    çap et  çap et