525.Az

Avtobus qəzasında ölən şəxsin kimliyi bilindi


 

Avtobus qəzasında ölən şəxsin kimliyi bilindi<b style="color:red"></b> Bakıda baş vermiş dəhşətli avtobus qəzasında ölən digər şəxsin kimliyi müəyyənləşib.
 
Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 20-də səhər saatlarında Şıxov yolunda 120 saylı xətt üzrə hərəkət edən, 10 TF 869 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusda həlak olan ikinci şəxs Masallı rayonunun Yeddioymaq kənd sakini, 1964-cü il təvəllüdlü Adıyev Polad Abdulla oğludur. Avtobus qəzasında ölən digər şəxs isə Bakı şəhərində fəaliyyət göstərən “Transqeyt” MMC-nin sürücüsü 1973-cü il təvəllüdlü Haqverdiyev Füzuli Əziz oğlu olub.
 
Qəza nəticəsində daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Qeyd edək ki, P.Adıyev itkin düşmüş şəxs kimi axtarışa verildikdən sonra onun avtobus qəzasında həlak olduğu məlum olub.
 





25.09.2013    çap et  çap et