525.Az

Gülər Əhmədovanın cinayət işi məhkəməyə göndərilib


 

Gülər Əhmədovanın cinayət işi məhkəməyə göndərilib<b style="color:red"></b> Azərbaycanın sabiq millət vəkilinin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
APA-nın əldə etdiyi məlumata görə, cinayət işi hakim Əlisultan Osmanovun icraatına verilib.
 





25.09.2013    çap et  çap et