525.Az

Uşaqlar teatrın pərdəarxası görüntüləri ilə tanış oldular


 

Uşaqlar teatrın pərdəarxası görüntüləri ilə tanış oldular <b style="color:red"></b>

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar tamaşaçıların teatra marağının artırılmasına, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşmasına və onların maraq dairəsinin daha dərindən öyrənilməsinə yönəlik kreativ layihələr gerçəkləşdirir.

Teatrdan verilən məlumata görə, bu qəbildən olan növbəti ekskursiya-baxış layihəsi çərçivəsində Mərkəzi Kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq poeziya klubunun üzvləri sənət məbədini ziyarət ediblər.

Baxışdan əvvəl balacalar qrim otaqlarına baxıblar, tamaşaqabağı hazırlığı, texniki prosesi izləyiblər. Kicik tamaşaçılara repertuardakı uşaq tamaşaları, onların ideya- estetik qayəsi barədə məlumat verilib.

Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova belə tədbir və görüşlərin uşaqların dünyagörüşlərinin formalaşmasında önəm kəsb etdiyini bildirib. Rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin "Danışan gəlincik" əsərinə baxdıqdan sonra balaca aktyorlarla teatr truppası yerlərini dəyişib.

Bu dəfə uşaq teatrının üzvləri səhnəyə çıxaraq Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının yaradıcılığından nümunələr səsləndiriblər. Balacaların çıxışları peşəkar heyət tərəfindən alqışlarla qarşılanıb. Teatrın administratoru Nizami Mirzəyev kiçik, həfəskar aktyorlara tamaşanın ərsəyə gəlmə prosesində önəmli olan faktorlardan da danışdı və afişalar haqda məlumat verib.

Həmçinin 50 yaşlı Sumqayıt Dövlət Dram Teatrının veteran aktyorlarının şəkilləri həkk olunmuş stendə nəzər salınıb. Sonda Nizami Mİrzəyev yaradıcı kollektivin rəhbəri, Əməkdar artist Mübariz Həmidovun adından Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərini təbrik edib və bildirib ki, belə kreativ layihələrin həm bədii-estetik, həm də maarifləndirici funksiyası əvəzolunmazdır.

 





26.04.2019    çap et  çap et