525.Az

Bakının bir prospektində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq


 

Bakının bir prospektində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq<b style="color:red"></b>

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən ONA-ya verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

 





26.04.2019    çap et  çap et