525.Az

"Bir şərabçının tarixçəsi..." kitabı çap olunub


 

"Bir şərabçının tarixçəsi..." kitabı çap olunub<b style="color:red"></b>

Bugünlərdə "Ecoprint" nəşriyyatında Sevda Sultanovanın müəllifi olduğu "Bir şərabçının tarixçəsi..." kitabı çap edilib.

Kitabda Azərbaycanın ilk şərabçı professoru, texnika elmləri doktoru, 60 yaşlı Hasil Fətəliyevin həyatının bəzi maraqlı məqamları və elmi yaradıcılığı öz əksini tapıb.

Kitab 32 hekayə toplusundan ibarətdir. Kitabda avtobioqrafik məlumatlarla bərabər dünya şərabçılığının fonunda İspaniya, Fransa, Almaniya şərabçılığının ənənələrindən, Azərbaycan şərabçılığında əcnəbilərin rolu, Azərbaycan şərabçılığının tarixi, indisi, şərab turizmi, beynəlxalq şərab festivalları, habelə şərab mədəniyyəti haqqında maraqlı söhbətlər yer alır. 

Kitabda sənaye və ev şərabçılığının inkişaf prespektivləri də araşdırılır.

Müəllif S.Sultanova kitabın yaranma səbəbindən danışarkən yazır "...Azərbaycan Dövlət Aqrar Universitetinin "Qida mühəndisliyi və ekspertiza" kafedrasının müdiri, kitabın qəhrəmanı, texnika elmləri doktoru, Azərbaycanın ilk professsoru,  ölkəmizdə şərabçılıq elmi adına ciddi baza yaradan Hasil Fətəliyevin güclü xarakteri, iradə və əzmkarlığı, daimi yeniliyə açıq olması, gənclərə yol açması və şərabçılıq elminin gələcəyi naminə gördüyü işlər çoxları üçün motivasiya olacaq".

 





26.04.2019    çap et  çap et