525.Az

Əhməd Əhmədzadə Bərdədə vətəndaşları qəbul etdi


 

Əhməd Əhmədzadə Bərdədə vətəndaşları qəbul etdi<b style="color:red"></b>

Aprelin 24-də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyətinin (ASC) sədri Əhməd Əhmədzadə Bərdədə vətəndaşları qəbul edib.

ASC-dən verilən məlumata görə, Bərdə Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarının olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Ə.Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətiriblər.

C.ABASOV

 





26.04.2019    çap et  çap et