525.Az

CNN: "İlham Əliyevin ciddi alternativi yoxdur"


 

CNN:  "İlham Əliyevin ciddi alternativi yoxdur"<b style="color:red"></b> Azərbaycanda qarşıdakı prezident seçkilərində rəsmi qeydiyyata alınmış namizədlərin yekun sayı 10 nəfər təşkil edib.
 
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın CNN telekanalının reportajında deyilir.

Telekanal qeyd edir ki, seçkilərdə indiki dövlət başçısının rəqibləri seçicilər uğrunda ciddi mübarizə ilə üzləşiblər: "KİV-in məlumatına görə, sentyabrın 22-də Bakının Yasamal rayonundakı stadiona cəmi 1 500 müxalifət tərəfdarı toplaşıb".

CNN-in verdiyi məlumata görə, ilkin müstəqil sorğular Azərbaycan prezidentliyinə seçkilərdə iştirak edəcək namizədlərin heç birinin Prezident İlham Əliyevə ciddi alternativ olmadığını göstərir: "Bu yaxınlarda seçicilər arasında aparılmış sorğular göstərdi ki, Azərbaycan vətəndaşlarının 81,2 faizi ölkənin indiki Prezidenti İlham Əliyevə səs verməyə hazırdır, halbuki digər namizədlər 4 faizdən az səsə ümid edə bilərlər".

Süjetdə deyilir: "Azərbaycan hökuməti bəyan edib ki, oktyabrda siyasi hüquqlara, ədalətli və azad seçkilərə təminat verir və insidentlərin baş verməməsi və azad və ədalətli seçkilərə təminat vermək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları üçün lazımi qaydalar da daxil olmaqla zəruri mexanizmləri tətbiq etməyə imkan verəcək".
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
 





25.09.2013    çap et  çap et