525.Az

Bakı Dövlət Universitetində ilk dəfə TED-X formatlı seminar


 

Bakı Dövlət Universitetində ilk dəfə TED-X formatlı seminar <b style="color:red"></b>

Bakı Dövlət Universitetində ilk dəfə olaraq TED-X formatlı "Kəpənək effekti" adlı şəxsi inkişaf seminarı keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbərləri  qonaqları salamladıqdan və layihə haqqında məlumat verdikdən sonra tədbiri açıq elan ediblər.

Tədbirdə şəxsi inkişafa aid videoçarxlar, sorğular təqdim olunub.

Layihənin ideya müəllifi və rəhbərlərindən biri olan III kurs tələbəsi Ümüd Oruc tədbirin proqramı  haqqında məlumat verdikdən sonra çıxış edəcək spikerləri və mövzuları təqdim edib.

Altı spikerə 20 dəqiqə, çıxışın sonunda isə beş dəqiqəlik suallara cavab vaxtı ayrılıb. Bundan əlavə spikerlər gətirdikləri hədiyyələri sual-cavabda fəal iştirak edən tələbələrə təqdim ediblər.

Tədbirdə deputat Qənirə Paşayeva "Bir neçə sahədə uğurlu olmaq və dövlət strukturunda nüfuzlu şəxs kimi formalaşmaq", Əməkdar artist Tünzalə Ağayeva "İncəsənət sahəsində uğurlu olmaq Azərbaycan səhnəsindən Avropaya", yalanın araşdırması üzrə mütəxəssis, profoyler Təbriz Hacınski "Proqramlaşdırılmış beyin və düşüncələrin idarə edilməsi", PR üzrə mütəxəssis Nəsimi Paşayev "Dövlət strukturunda və özəl sektorda uğurlu olmaq", Elşən Rəhimov "Uğurlu yolda təhsilin vacibliyi, xaricdə təhsilin üstünlükləri", Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev "Necə peşəkar beynəlxalq jurnalist olmaq olar" mövzusunda çıxış ediblər.

Sonda T.Ağayeva canlı musiqi proqramı ilə çıxış edib.

Layihə rəhbərləri Ümüd Oruc və BDU Tələbə Gənclər Təşkilatının Jurnalistika fakültəsi üzrə sədr müavini Aqşin Ağayev spikerlərin gətirdiyi hədiyyələri tədbirdə fəal tələbələrə təqdim ediblər.

Tədbir tələbələrin alqışları ilə yekunlaşıb.

 





27.04.2019    çap et  çap et