525.Az

Milli Kitabxanada Zərifə Əliyeva haqqında sərgi


 

Milli Kitabxanada Zərifə Əliyeva haqqında sərgi <b style="color:red"></b>

Aprelin 26-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə "Zərifə Əliyeva - qaranlığa nur saçan zəka" adlı geniş kitab sərgisi açılıb.

Akademik Zərifə xanım Əliyeva fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparıb.

Görkəmli oftalmoloq-alim "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Alimin zəngin elmi irsi, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Sərgidə alimin Azərbaycan və xarici dillərdə olan əsərləri, haqqında yazılmış əsərlər və fotoşəkillər nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





28.04.2019    çap et  çap et