525.Az

ABŞ-da silahlı şəxs sinaqoqda insanlara atəş açdı: ölən və yaralananlar var


 

ABŞ-da silahlı şəxs sinaqoqda insanlara atəş açdı: <b style="color:red">ölən və yaralananlar var</b>

ABŞ-ın Kaliforniya ştatı, Pouey şəhərində sinaqoqda silahlı insident baş verib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

“Fox News” telekanalının yaydığı məlumata görə, naməlum silahlı “Chabad Way” sinaqoqunda odlu silahdan atəş açıb. Həmin şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindən zirehli köynək götürülüb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

 





28.04.2019    çap et  çap et