525.Az

Tramp Kaliforniyadakı atışmanı şərh etdi


 

Tramp Kaliforniyadakı atışmanı şərh etdi<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp Kaliforniyanın Povey şəhərinin sinaqoqunda baş vermiş atışmanı şərh edib.

"Report" xəbər verir ki, o, öz fikirlərini özünün "Twitter" səhifəsində yazıb.

"Mənim fikirlərim və dualarım Kaliforniyada, Poveydəki sinaqoqda atışma zamanı zərərçəkənlərlədir. Allah sizin hamınıza sağlamlıq bəxş etsin! Şübhəli şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları işlərini çox gözəl görüb. Təşəkkür!" – deyə o yazıb.

Qeyd edək ki, Kaliforniya ştatının Povey şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Polis hadisəni törədən şəxsi saxlayıb.

 





28.04.2019    çap et  çap et