525.Az

"Azərbaycanın enerji təhlükəsizliyində rolu tədricən və davamlı şəkildə inkişaf edir"


 

"Azərbaycanın enerji təhlükəsizliyində rolu tədricən və davamlı şəkildə inkişaf edir"<b style="color:red"></b>

Xorvatiya enerji mənbələrinin və marşrutlarının diversifikasiyasının təminatında maraqlıdır.

Bu sözləri ONA-ya müsahibəsində Baş Nazirin müavini Xarici İşlər və Avropa məsələləri Naziri Mariya Peyçinoviç Buriç deyib.

O bildirib ki, bu baxımdan Azərbaycan qazının daşınması ilə bağlı yeni kəmər olan Cənub Qaz Dəhlizi IAP layihəsi ilə bərabər bu iki meyarlara cavab verir: “Azərbaycanın enerji təhlükəsizliyində rolu tədricən və davamlı şəkildə inkişaf edir. 2018-ci ildə TANAP layihəsi başa çatdı. TAP layihəsinin tezliklə yekunlaşması planlaşdırılır. IAP layihəsinin isə növbəti onillikdə yekunlaşması nəzərdə tutulub. TAP və IAP Azərbaycan qazını Avropaya daşıyacaq əsas dəhlizlər olacaq, xüsusilə bu IAP-a aiddir. IAP-ın gücü bizim yaxın qonşularımız olan ölkələrin qaz bazarları üçün nəzərdə tutulub. Ümid edirik ki IAP layihəsi həmçinin Avropanın enerji təminatında vacib tranzit ölkə kimi Xorvatiyanın rolunu da təsdiqləyəcək və Xorvatiyaya Avropa energetika xəritəsində yer ayıracaq. IAP layihəsinin icrası Orta Şərqdən Xəzər dənizi regionuna yeni təbii qaz marşrutunun yaradılmasının nəzərdə tutan Şimal Qaz Dəhlizi çərçivəsində Qərbi Balkan ölkələrinə yeni enerji dəhlizinin açılmasını təmin edir. Öz növbəsində Xorvatiya üzən sıxılmış təbii qaz terminalının tikintisini davam etdirir. Bu terminal  Mərkəzi və Cənubi-Şərqi Avropa enerji bazarına çıxış nöqtəsi kimi Azərbaycana da maraqlı ola bilər.”

 





29.04.2019    çap et  çap et