525.Az

Elmar Məmmədyarovla xorvatiyalı həmkarı arasında görüş keçirilir


 

Elmar Məmmədyarovla xorvatiyalı həmkarı arasında görüş keçirilir<b style="color:red"></b>

Xarici İşlər naziri Elmar Məmmədyarovla Xorvatiya Baş nazirin müavini Xarici İşlər və Avropa məsələləri Naziri Mariya Peyçinoviç Buriç arasında görüş keçirilir. ONA-nın məlumatına görə, görüş təkbətək və geniş tərkibli keçiriləcək. Görüşdən sonra nazirlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, nazir daha əvvəl Xorvatiya-Azərbaycan biznes forumunda iştirak edib. Bu gün axşam saatlarında xorvatiyalı nazirin bu ölkənin Bakıda yeni səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

 

 





29.04.2019    çap et  çap et