525.Az

2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planını hökumətə təqdim edilib


 

2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planını hökumətə təqdim edilib<b style="color:red"></b>

Sayca 3-cü Milli Fəaliyyət Planının icra müddətinin başa çatması nəzərə alınaraq, insan alverinə qarşı aparılan mübarizənin davamlılığının təmin edilməsi məqsədilə 2019-2023-cü illəri əhatə edən yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

ONA-nın məlumatına görə, bu  barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında  bildirilib.

Sənəddə həmçinin qeyd edilib ki, aidiyyatı dövlət orqanlarının təklifləri əsasında hazırlanan layihənin ilkin variantı 67 tədbirdən ibarətdir. Məlumatda insan alverinə qarşı mübarizədə səlahiyyətli doy orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması, qurbanların reabilitasiyası və müdafiəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, profilaktik işin, cinayət tətbiqinin, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s kimi məsələlər öz əksini tapıb.

 





29.04.2019    çap et  çap et