525.Az

Azərbaycan filmləri beynəlxalq festivalda


 

Azərbaycan filmləri beynəlxalq festivalda <b style="color:red"></b>

Bu gün İranln Mazandaran əyalətinin Babol, Ramsər və Sarı şəhərlərində İranın siyasi, mədəni və ictimai şəxslərinin, incəsənət xadimlərinin iştirakı ilə 9-cu "Varəş" beynəlxalq film festivalı başlayıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, sosyoloji mövzularda filmlərin nümayiş olunduğu festival 5 gün davam edəcək.

Festivalda "Azerbaijan muham" (rejissor - Emin Mirbalayrvini), "Azerbaijan carpet" (rejissor - Şamil Əliyev), "Winged niracle" (rejissor - Zəhra Mirzazadə və "Azerbaijan cuisene" (rejissor - Şamil Nəcəfzadə) filmləri də göstəriləcək.

Festivalda digər Xəzəryanı ölkələrdən və Əfqanıstandan da filmlər nümayiş olunur .

 





29.04.2019    çap et  çap et