525.Az

Xudat-Nabran yolu asfaltlanır


 

Xudat-Nabran yolu asfaltlanır<b style="color:red"></b>

Xaçmaz rayonunda turizm əhəmiyyətli Xudat-Nabran yolu asfaltlanır.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, 1977-ci ildə inşa olunan, intensiv hərəkət nəticəsində dağılmış və deformasiyaya uğrayan yolun 8 km-ə birinci qat asfalt döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmaz 4 saylı yol istismar idarəsinin iş icraçısı Ələkbər Ələsgərovun sözlərinə görə, 4-cü kateqoriyalı, 7,5 metr eni olan yolda işlərin birinci mərhələsi mayın ortalarına kimi yekunlaşacaq. Daha sonra üst qatının vurulması prosesinin 20-25 gün müddətində yekunlaşması planlaşdırılır.

 





29.04.2019    çap et  çap et