525.Az

15 rayonda 30 min hektara yaxın ərazidə pambıq əkiləcək


 

15 rayonda 30 min hektara yaxın ərazidə pambıq əkiləcək<b style="color:red"></b>

“Azərpambıq ASK” MMC üzrə 2019-cu il mövsümündə respublikanın 15 rayonunda 29 001 hektarda pambıq əkini aparılması nəzərdə tutulub.

MMC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar fermerlərlə müqavilələr bağlanıb. Şum, arat, mala işləri başa çatdırılıb və hazırda səpin işləri aparılır.

Bugünədək 19 min hektarda səpin işləri aparılıb ki, bu da ümumi əkin sahəsinin 65,5 faizini təşkil edir.

Artıq 2526 hektarda normal çıxışı alınıb, ümumi səpin işlərinin isə may ayının 10-a qədər başa çatdırılması nəzərdə tutulub.

Ümumiyyətlə təsərrüfat işlərinin optimal müddətdə aqrotexniki qaydada və keyfiyyətlə aparılmasını təmin etmək məqsədilə cəmiyyət üzrə qaynar xətt yaradılıb, şirkətin əməkdaşları rayonlara ezam olunub və beləliklə də, bütün bunlar qarşıya çıxan hər hansı bir problemin vaxtında həll olunmasına zəmin yaradır.

 





30.04.2019    çap et  çap et