525.Az

Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək


 

Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək<b style="color:red"></b>

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Trend-in məlumatına görə, təlimlər “Anadolu Ankası - 2019” adı altında keçiriləcək.

Azərbaycanla yanaşı, Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya HHQ-lərinin də qatılacağı hərbi təlimlər bu il mayın 13-24-də Konyada baş tutacaq.

Hərbi təlimlərdə adıçəkilən ölkələrdən ümumilikdə 100 hərbçi iştirak edəcək.

 





30.04.2019    çap et  çap et