525.Az

Ruhani: “ABŞ-ın qanunsuz sanksiyalarının məqsədi xalqa təzyiqləri artırmaqdır”


 

Ruhani: “ABŞ-ın qanunsuz sanksiyalarının məqsədi xalqa təzyiqləri artırmaqdır”<b style="color:red"></b>

“ABŞ-ın qanunsuz və zalım sanksiyalarının məqsədi xalqa, fəhlələrə və cəmiyyətin yoxsul təbəqəsinə təzyiqləri artırmaqdır”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani zəhmətkeşlər və fəhlələrlə görüşündə deyib.

O bildirib ki, fəhlələr ABŞ sanksiyaları ilə mübarizədə ön cəbhədə dayanır:

“Hökumət bütün vasitələrlə fəhlələrin xidmətindədir. Onların biliyini artırmaq üçün əlimizdən gələni edəcəyik”.

H.Ruhani deyib ki, istehsal potensialını artıracaq hər bir müəssisə və şirkət inkişafdan daha çox faydalana biləcək.

 





30.04.2019    çap et  çap et