525.Az

Mayın ilk günü hava necə olacaq?


 

Mayın ilk günü hava necə olacaq? <b style="color:red"></b>

Mayın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz olacaq.

Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

 





30.04.2019    çap et  çap et