525.Az

Nazir müavini: "Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb"


 

Nazir müavini: "Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb"<b style="color:red"></b>

"Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb".

ONA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərin həlli barədə imzaladığı fərmandan irəli gələn tapşırıqlar icra olunur:

"Hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərman imzalayıb.

 





30.04.2019    çap et  çap et