525.Az

Suriyada YPG terrorçuları Türkiyənin hərbi bazasına hücum etdi


 

Suriyada YPG terrorçuları Türkiyənin hərbi bazasına hücum etdi<b style="color:red"></b>

Suriyanın Hələb əyalətində kürdlərin YPG terror təşkilatının üzvləri Türkiyənin hərbi bazasına hücum edib.

ONA-nın “Al-Masdar News”a istinadən xəbərinə görə, hadisə Azaz şəhərindən qərbdə baş verib.

Terrorçular hərbi obyekti artilleriyadan atəşə tutublar. Türkiyə hərbçiləri atəşə raket və artilleriya zərbələri ilə cavab veriblər.

“Reuters” Türkiyə Müdafiə Nazirliyinə istinadən hadisə zamanı ən azı bir hərbçinin həlak olduğunu bildirib.

 





30.04.2019    çap et  çap et