525.Az

Bakıda "Imagine" Avropa Tolerantlıq Festivalı başlayır


 

Bakıda "Imagine" Avropa Tolerantlıq Festivalı başlayır<b style="color:red"></b>

Bakıda "Imagine" Avropa Tolerantlıq Festivalı başlayır.

ONA-nın məlumatına görə, festivalın açılışına həsr olunmuş mətbuat konfransında Bakı Metropoliteninin Marketinq və Reklam departamentinin rəhbəri Lalə Babayeva, "United Cultures" təşkilatının icraçı direktoru Paula Kasaqrande, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iştirak edib.

K.Yankauskas bildirib ki, festival artıq 3-cü dəfədir keçirilir və bu festival digərlərindən daha maraqlı olacaq:

"Builki festival iki səbəbə görə əlamətdardır. May ayında Şərq Tərəfdaşlığının onuncu ildönümü qeyd edilir.

İkinci səbəb isə odur ki, biz Azərbaycan və Aİ arasında sazişin imzalanması üçün yekun mərhələdəyik.

Bundan əlavə, mayda Avropa günü və Azərbaycanda Respublika günü qeyd edilir. Bu tədbirləri bir yerdə qeyd etmək istəyirik. Məhz bu, festivalın əsas məqsədlərindən biridir".

Onun sözlərinə görə, festival hər kəs üçün açıq olacaq. Səfir vurğulayıb ki, "Imagine" festivalı bu il ilk dəfə Gəncə şəhərində də keçiriləcək. Festival mayın 1-15-də baş tutacaq.

 





30.04.2019    çap et  çap et