525.Az

İlham Əliyev Donald Trampın “Cənub Qaz Dəhlizi”nə dəstəyini yüksək dəyərləndirib


 

İlham Əliyev Donald Trampın “Cənub Qaz Dəhlizi”nə dəstəyini yüksək dəyərləndirib<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbulu zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyev görüşdə ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” layihəsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirib.

Corc Kent isə Azərbaycanın Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlər, o cümlədən, ABŞ üçün təmin edilən tranzit-logistika dəstəyinə görə minnətdarlığını ifadə edib.

 





30.04.2019    çap et  çap et