525.Az

Bu il Bakıda ilk "KOB evi" sahibkarların istifadəsinə veriləcək


 

Bu il Bakıda ilk "KOB evi" sahibkarların istifadəsinə veriləcək<b style="color:red"></b>

Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin ("KOB evi") təqdimatı keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə sahibkarlara müxtəlif xidmət göstərən dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Təqdimatda "KOB evi" konsepsiyası, hazırda dəstək mexanizmin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.

"KOB evi"ndə sahibkar məmnunluğu, operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsipləri təmin edilməklə, biznes subyektlərinə 30-dan çox dövlət qurumları tərəfindən 110-a yaxın dövlət-biznes (G2B) və 1 000-dən artıq biznes-biznes (B2B) xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Hazırda Bakı şəhərində ilk "KOB evi"nin təşkili istiqamətində müvafiq tədbirlər görülür və ilk "KOB evi"nin bu il sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.

 





01.05.2019    çap et  çap et