525.Az

İran Azərbaycanla birgə Avropaya qaz ixrac etməyə hazırdır


 

İran Azərbaycanla birgə Avropaya qaz ixrac etməyə hazırdır<b style="color:red"></b>

“İran Azərbaycanla birgə Avropaya qaz ixrac etməyə hazırdır”.

Bunu ONA-ya İran neft nazirinin müavini və Milli Qaz Şirkətinin baş direktoru Həsən Müntəzir Türbəti deyib.

Nazir müavini bildirib ki, Azərbaycan və İran arasında təbii qazla bağlı danışıqlar mütəmadi aparılır.

"Hazırda İran istəyir ki, Azərbaycan, İran və Türkiyənin müştərək investisiyası ilə Azərbaycan və İran qazı Avropaya ixrac edilsin. Azərbaycanla müzakirə etdiyimiz digər məsələ Azərbaycan qaz infrastrukturunun yenidən qurulması ilə bağlıdır. Bu sahədə əməkdaşlıq etməkdə maraqlıyıq", - deyə o bildirib.

 





01.05.2019    çap et  çap et