525.Az

Putin ukraynalılar üçün Rusiya vətəndaşlığını almaq prosedurunu sadələşdirdi


 

Putin ukraynalılar üçün Rusiya vətəndaşlığını almaq prosedurunu sadələşdirdi <b style="color:red"></b>

Rusiya prezidenti Vladimri Putin xüsusi kateqoriyalı Ukrayna vətəndaşları üçün Rusiya Federasiyasının vətəndaşlığını almaq prosedurunun sadələşdirilməsi haqqında qanunu imzalayıb.

ONA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumat rəsmi hüquq-informasiya portalında yerləşdirilib.

Prezidentin sərəncamında başqa bir dövlətin vətəndaşlığı olmayan Krım Respublikası və Sevastopol ərazisində doğulmuş və orada daimi yaşayan, 2014-ci il 18 marta tarixində kimi həmin əraziləri tərk edən Ukrayna vətəndaşlarına Rusiya Federasiyasının vətəndaşlığının verilməsinin sadələşdirilməsi qeyd olunub.

Sərəncamda qeyd olunanların müvafiq kateqoriyadan olan Ukrayna vətəndaşlarının övladları, həyat yoldaşları və valideynlərinə də şamil olunduğu bildirilib.

 





01.05.2019    çap et  çap et