525.Az

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ictimai müzakirə


 

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ictimai müzakirə <b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı” layihəsinin aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ictimai müzakirəsi keçirilib.

Qeyd olunub ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, profilaktika, cinayət təqibi, insan alveri qurbanları və ya potensial qurbanlar, o cümlədən, uşaqların sosial reabilitasiyası, müdafiəsi və onlara göstərilən yardımın gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi ilə bağlı layihədə 67 müxtəlif tədbir nəzərdə tutulub.

Eyni zamanda, müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakı, fəaliyyətlərinə maliyyə dəstəyinin göstərilməsinə dair layihə üzrə konkret tədbirlərin planlaşdırılması müzakirələr zamanı xüsusilə vurğulanıb, mövcud ehtiyacların həlli və gələcək perspektivlərin həyata keçirilməsi baxımından sənəd tam məqsədəuyğun hesab edilib.

C.ABASOV

 





01.05.2019    çap et  çap et