525.Az

ABŞ səfiri: “Azərbaycanın suverenliyini və demokratik islahatlarını dəstəkləyirik”


 

ABŞ səfiri: “Azərbaycanın suverenliyini və demokratik islahatlarını dəstəkləyirik”<b style="color:red"></b>

“Azərbaycan və ABŞ arasındakı münasibətləri çox güclü hesab edirəm”.

ONA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

O, qeyd edib ki, bu əlaqələrin daha da gücləndirilməsi üçün əlindən gələni edəcək:

“Dünən prezident Əliyevlə görüşmək fürsətim olub. Onunla əlaqələrimizin geniş səpkili istiqamətlərini və əlaqələrimizi daha da inkişaf etdirməyin yollarını müzakirə etdik".

Səfir vurğulayıb ki, hazırda Azərbaycanda bir sıra islahatlar keçirilir:

“Azərbaycan islahatlar baxımından keçid dövründə olan bir ölkədir. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və demokratik islahatlarını dəstəkləyirik. Biz həmçinin Azərbaycanın iqtisadi islahatlarını və inkişafını dəstəkləmək istəyirik".

 





01.05.2019    çap et  çap et