525.Az

TRT-nin baş direktoru Azərbaycanın təbliğinə görə mukafatlandırılacaq


 

TRT-nin baş direktoru Azərbaycanın təbliğinə görə mukafatlandırılacaq<b style="color:red"></b>

TRT kanalının baş direktoru İbrahim Şahinə Bakıda fəxri doktor və Türk Dünyası üstün xidmət mükafatı təqdim ediləcək.

525.az-ın məlumatına görə, İ.Şahinə Odlar Yurdu Universiteti və TRT işbirliyi çərçivəsində rektorluq tərəfindən fəxri doktor diplomu Türk mədəniyyətlərinin dünyaya tanıdılması, Azərbaycanın Qarabağ problemi və Xocalı soyqırımı həqiqətlərini hazırlanan xəbər və proqramlarla bütün dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərə görə təqdim ediləcək.

Bununla yanaşı, İbrahim Şahin Azərbaycanın üç qeyri hökümət təşkilatı tərəfindən Türk Dünyası üstün Mükafatına layiq görülüb. Azərbaycan Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Avrasiya Beynəlxalq Mətbuat Fondu İbrahim Şahini Türk Dünyasına göstərdiyi xidmətlərə və TRT AVAZ kanalının iş fəaliyyəti, göstərdiyi nailiyyətləri münasibəti ilə mükafatlandıracaq.

TRT Bakı Nümayəndəsi Yüksəl Değercan, TRT baş direktoru İbrahim Şahinin sentyabrın 30-da Bakıya gələcəyini və mükafatların ona təqdim ediləcəyini bildirib.

Həmçinin, səfər zamanı TRT ilə Azad Azərbaycan Televiziyası ( ATV) arasında işbirliyi protokolu da imzalayacaq.

 





26.09.2013    çap et  çap et