525.Az

Tətillərin müddəti azaldıla bilər


 

Tətillərin müddəti azaldıla bilər<b style="color:red"></b> Mikayıl Cabbarov: “Şagirdlərin 6 həftə az oxumaları təhsil proqramını çətinləşdirir”
 
“Azərbaycanda şagirdlər tətilə çıxanda sevinirlər.  Amma  nəzərə almalıyıq ki, bizim şagirdlərimiz digər ölkələrlə müqayisədə 6 həftə daha az oxuyurlar. Yəni, ildə 32 həftə oxuyurlar”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.
 
Nazir M. Cabbarov vurğulayıb ki, bizim şagirdlərin digər ölkələrin şagirdlərindən 6 həftə az oxumaları təhsil proqramını asanlaşdırmır, əksinə çətinləşdirir.
 
M. Cabbarovun sözlərinə görə, təhsil sahəsi ictimai rəyin girovunda olmayacaq: “Heç kəsin istək və arzularının girovuna çevrilməyəcəyik. Düzgün olan şeyləri edəcəyik.  Lakin bəzi sahələrdə məsələlərin həlli zaman tələb edir”.
 





26.09.2013    çap et  çap et