525.Az

ABŞ dövlət katibinin köməkçisinin müavini Qubada


 

ABŞ dövlət katibinin köməkçisinin müavini Qubada <b style="color:red"></b>

Bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent və ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer Qubaya səfər ediblər.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqlar Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüblər.

İcra başçısı rayon haqqında qonaqlara ətraflı məlumat verib və onlara xatirə hədiyyəsi təqdim edib.

Daha sonra qonaqlar Nügədi kəndində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra edilən layihə ilə tanış olublar.

 





02.05.2019    çap et  çap et