525.Az

Turizm Agentliyinə yeni səlahiyyət verildi


 

Turizm Agentliyinə yeni səlahiyyət verildi <b style="color:red"></b>

Dövlət Turizm Agentliyinə qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini pasportlaşdırmaq səlahiyyəti verilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Fərmana yeni əlavə edilən 3.0.45-1-ci yarımbəndinə əsasən, Dövlət Turizm Agentliyinin vəzifələri sırasına qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək aid edilib.

 





02.05.2019    çap et  çap et