525.Az

Qida təhlükəsizliyi ilə bağlı dövlət proqramının təqdimatı oldu


 

Qida təhlükəsizliyi ilə bağlı dövlət proqramının təqdimatı oldu<b style="color:red"></b>

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agenltiyindən verilən məlumata görə, təqdimat mərasimində qurumun sədri Qoşqar Təhməzli, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, dövlət və hökümət nümayəndələri, deputatlar və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət proqramının qəbul olunması qida təhlükəsizliyinə konseptual yanaşmanın və bu istiqamətdə strateji idarəetmənin təzahürüdür.

Təqdimat mərasimində çıxış edən Q.Təhməzli bildirib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur. Eyni zamanda, dövlət proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Q.Təhməzlinin sözlərinə görə, sahibkarlarla əməkdaşlıq şəraitində qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunması, ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi dövlət proqramının əsas məqsədlərindəndir.

Tədbirdə çıxış edən dövlət və hökümət nümayəndələri, deputatlar və beynəlxalq təşkilatların təmsilçiləri öz çıxışlarında yeni dövlət proqramının qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasında böyük rol oynayacağını, qida təhlükəsizliyi sahəsində risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması istiqamətində görülən tədbirlərin daha sistemli və intensiv həyata keçirilməsinə imkan verəcəyini, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərəcəyini bildiriblər.

Qeyd edilib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” hazırlandıqdan sonra bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi təşkilatlara göndərilib və onların rəyləri nəzərə alınıb. Eyni zamanda, Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərinə göndərilib və ictimai müzakirəsi təşkil edilib. 

CEYHUN

 





03.05.2019    çap et  çap et