525.Az

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı


 

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı<b style="color:red"></b>

“Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb.

"Report"un məlumatına görə, bağlanış mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Bakı forumu dünya miqyasında özünəməxsus, hörmətli və nüfuzlu yer tutur.

Nazir bildirib ki, bu cür yanaşma dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanlara həm ölkədəki mövcud reallıqlarla tanış olmaq imkanı verir, eyni zamanda bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmağa imkan yaradır: "Forumun hazırlıq dövründə xüsusi beyn mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə bütün beynəlxalq qurumların nümayəndələri var. Onlar əvvəlcədən mövzuları müzakirə edir, planlaşdırırlar".

Ə.Qarayev qeyd edib ki, "Bakı prosesi"nin uğuru burada elm dairələri birləşdirən mütəxəssislərin həm təcrübə ilə məşğul olan dövlət siyasətini müəyyənləşdirən qurumlarının nümayəndələrinin, həm də qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsinin iştrak etməsidir: "Bu vəhdətlik mədəniyyətlərarası dialoq mövzusunun bütün cəmiyyətlər üçün aktual olduğunu əyani sübut edir".

 





03.05.2019    çap et  çap et