525.Az

Gürcü deputat: “David Qareci məsələsi ilə diqqət yayındırılır”


 

Gürcü deputat: “David Qareci məsələsi ilə diqqət yayındırılır”<b style="color:red"></b>

“Diqqəti ərazilərimizin işğalından başqa istiqamətə yönəltmək istəyənlər dürüst insanlar deyillər. David Qareci məsələsi ilə diqqət Gürcüstan-Rusiya münasibətlərindən yayındırılır”.

ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu "Avropalı Gürcüstan" Partiyasından olan millət vəkili Giorgi Kandelaki deyib.

Deputat bildirib ki, keçmiş sovet hökuməti dövründə sərhəd zonalarında bu cür uyğunsuzluqlar yaratmaq iki ölkə arasında narazılıq salmaq məqsədi daşıyıb.

“2011-ci ildə bu sahədə dinamik inkişaf var idi. Ancaq bizim hökumətimiz günahı ucbatından proses ləngidi və durum dəyişmədi” - deyə Kandelaki bildirib.

 





03.05.2019    çap et  çap et