525.Az

Bazar günü hava necə olacaq?


 

Bazar günü hava necə olacaq? <b style="color:red"></b>

Mayın 5-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə  13-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  50-55% olacaq.  

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz  22-27° isti, dağlarda gecə 5-10°  isti,  gündüz 9-14° isti təşkil edəcək.

 





04.05.2019    çap et  çap et