525.Az

Dövlət vəsaiti hesabına təhsil alanların sayı artırılacaq


 

Dövlət vəsaiti hesabına təhsil alanların sayı artırılacaq<b style="color:red"></b>

Yeni tədris ili üçün ali məktəblərdə dövlət sifarişli tələbə qəbulu yerlərinin sayı 65 faiz artırılacaq.

Trend-in məlumatına görə, bunu təhsil nazirin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, gələcəkdə ali təhsil müəssisələrinə tələbə qəbulu üçün dövlət sifarişli yerlərin sayının artırılması nəzərdə tutulur:

“Yaxın günlərdə bununla bağlı təklif hökumət tərəfindən təsdiq ediləcək. Hər il tələbə qəbulu üçün təxminən 12 300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ilində bu göstərici 20 400-ə yaxın olacaq. Bu isə 65 faizə yaxın artım deməkdir. Bu artımla daha 8 minə yaxın tələbə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edəcək.

 





04.05.2019    çap et  çap et