525.Az

Maduro hərbçiləri ABŞ hücumuna hazır olmağa çağırıb


 

Maduro hərbçiləri ABŞ hücumuna hazır olmağa çağırıb<b style="color:red"></b>

Hərbçilər əllərində silah ölkəni ABŞ-dan qorumağa hazır olmalıdır.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Venesuela prezidenti Nikolas Maduro Koxedes ştatında minlərlə gənc hərbi kursantların qarşısında çıxış edərkən deyib.

“Bir gün Şimali Amerika imperiyası bu müqəddəs torpaqlara ayaq basmağa cəhd edərsə, hərbçilər əllərində silah ölkəni qorumağa hazır olmalıdır”, - deyə, Maduro vurğulayıb.

 





05.05.2019    çap et  çap et