525.Az

Pompeo: "ABŞ və KXDR arasında ciddi müzakirələr gözlənilir"


 

Pompeo: "ABŞ və KXDR arasında ciddi müzakirələr gözlənilir"<b style="color:red"></b>

Yaxın zamanda ABŞ və KXDR arasında ciddi müzakirələr gözlənilir.

Trend-in "ABC" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo bildirib: "Biz əminik ki, biz danışıqlar masasına qayıda və irəliyə aparan yol tapa bilərik. Biz bir il əvvəl olduğumuz yerlə müqayisədə irəliləmişik və tərəqqiyə nail olmağa davam edəcəyik".

Dövlət katibi əlavə edib ki, ABŞ KXDR ilə iki liderin Xanoyda görüşündən sonra əlaqəni davam etdirir və yaxın həftələrdə danışıqların daha intensiv olacağına ümid edir.

 





06.05.2019    çap et  çap et