525.Az

Əhalinin ən sıx yaşadığı bölgələrimiz - Siyahı


 

Əhalinin ən sıx yaşadığı bölgələrimiz - <b style="color:red">Siyahı </b>

Azərbaycanda əhalinin ən sıx yerləşdiyi şəhər Bakıdır. 

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

Rəsmi məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil edir:

“Bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda isə 104 nəfərdir”.

Son statistikaya görə, Bakı əhalisinin sayı 2262,6 min nəfərdir (qeyri-rəsmi paytaxt əhalisinin sayının 5 milyona yaxın olduğu bildirilir). Rəsmli məlumata görə, əhalinin 264,4 mini Binəqədi, 283,7 mini Xətai, 165,2 mini Xəzər, 123,9 mini Qaradağ, 177,4 mini Nərimanov, 220,1 mini Nəsimi, 198,5 mini Nizami, 20,3 mini Pirallahı, 243,0 mini Saunçu,101,5 mini Səbail, 217,9 mini Suraxanı, 246,7 mini Yasamalda məskunlaşıb.

 





06.05.2019    çap et  çap et